Aqrar

Azərbaycanın alma ixracı 41 milyon dollara yaxınlaşıb

Azərbaycanın alma ixracı 7,8% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 50,1 min ton alma ixrac edib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən almanın ümumi dəyəri 40,95 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 4,3 min ton (7,8%) az, dəyər baxımından isə 2,7 milyon ABŞ dolları (7%) çoxdur.

Hesabat dövründə alma ixracından əldə olunan gəlirin Azərbaycanın ümumi ixracında payı cüzi olub.

Yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 27% artıb, idxal isə 27,4% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 9 milyard 455 milyon ABŞ dolları müsbət saldo yaranıb. Bu göstərici illik müqayisədə 5,9 dəfə çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)