Sietldə keçirilən qida festivalında atışma olub, 2 nəfər ölüb
İyulun 26-sı axşamı Sietldəki Bite of Seattle qida festivalında atışma baş verib. The Seattle Times qəzetinin məlumatına görə, iki nəfər ölüb, bir uşaq da daxil olmaqla ən azı beş nəfər yaralanıb.
Festival Sietl Mərkəzində keçirilib. Minlərlə insanın iştirak etdiyi yerli vaxtla saat 18:00 radələrində atışma baş verib.
Atışmanın başladığı anı qida satıcısı videoya çəkib.
Sietl meri Keti Uilson polisin bir şübhəlini saxladığını bildirib. "The Seattle Times" qəzetinin verdiyi məlumata görə, onun əvvəlki açıqlamasında iki nəfərin saxlanıldığı bildirilirdi. Şübhəli haqqında heç bir məlumat yoxdur və atışmanın səbəbi məlum deyil.


















