Sosial iqtisadiyyat

Dövlət qurumu özəl şirkətə gözətçi və patrul xidmətləri üçün 1,7 milyon manat ödəyəcək

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən müəssisə və obyektlərinin mühafizəsini "AS Security" MMC təmin edəcək.

"ENA" xəbər verir ki, Dövlət Xidməti ilə "AS Security" MMC arasında müqavilə imzalanıb. Məbləği 1 milyon 686 min manat olan müqavilə Xidmətin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən müəssisə və obyektlərin mühafizəsinin təmin edilməsi məqsədilə gözətçi və patrul xidmətlərinin satın alınmasını nəzərdə tutur. 

2010-cu ildə yaradılmış "AS Security" MMC-nin qanuni təmsilçisi Niyaməddin Abasovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)