Sosial iqtisadiyyat

Nazir əmr imzaladı: Narkoloji Mərkəzə yeni direktor təyin olundu

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb.

14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək, Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)