Sosial iqtisadiyyat

Yanvarın 17-dən yollarda sürət həddi endiriləcək

Bakının Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Agentliyin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq". 

Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik", - deyə qurum bəyan edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)