MALİYYƏ

Dekabrda pul bazası "sıçrayış edib": bura nağd pul və bank ehtiyatları daxildir

2019-cu ilin dekabr ayında pul bazası 13,8 faiz və ya 1 milyard 478 milyon manat artaraq ilin sonunda 12 milyard 152.5 milyon manata çatıb.

ENA.az xəbər verir ki, ümumilikdə 2019-cu ildə pul bazası 27,3 faiz böyüyüb. Mərkəzi Bankın məlumatına görə,  2019-cu il ərzində pul bazası ümumilikdə 2 milyard 606.8  milyon manat artıb.

 

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

 

Pul bazası (milyon manat)

Tarix                Həcmi

30.12.2019     12152.5
29/11/2019     10674.5
31/10/2019     10298.8
30/09/2019     10217.3
30/08/2019     10157.6
31/07/2019     10574.3
28/06/2019     10376.9
31/05/2019     10172.4
30/04/2019     9495.1
29/03/2019     8946.3
28/02/2019     9014.1
31/01/2019     8709.2
29/12/2018     9545.7

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)