Elm və Texnologiya

“Nokia” əfsanəvi telefonunu yenidən satışa çıxarır

“HMD Global” şirkəti “Nokia” telefonlarının klassik modellərindən birini yenidən satışa çıxarır. Sözügedən model ayın sonunda təqdim edilməlidir. Bu haqda şirkətin top menecerinin nəşrinə istinadən “GSMArena” nəşri yazıb.

“HMD Global” şirkətinin məhsullar üzrə direktoru Yuho Sarvikas yazıb ki, şirkət “Nokia”nın növbəti telefonunu yenidən satışa çıxarmağı planlaşdırır və məlumata görə, bu, yanvarın 25-də olacaq. Həmçinin bildirilib ki, telefon “Nokia”nın klassik xəttinə məxsus olacaq.

“HMD Global” şirkəti tərəfindən yenidən satışa çıxarılmış ilk telefon 2017-ci ilin fevralında təqdim edilmiş “Nokia 3310” aparatı olub. Telefon 320×240 piksel təsvir ölçülü displey və 2 meqapiksellik kamera ilə təchiz edilib. Qurğu “microSD” yaddaş kartını dəstəkləyir. Daha sonra şirkət modeli yeniləyərək “4G”, “Wi-Fi” dəstəyi əlavə edib və giriş nöqtəsi kimi işləmək imkanı əlçatan olub.

©İctnews

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)