Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar verib
Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.
ENA.az xəbər verir ki, məsələ partiya Məclisinin bu gün keçirilən iclasında müzakirə olunub.
Məclis partiyanın növbədənkənar parlament seçkilərinə qatılması barədə qərar çıxarıb.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.