Bank

Ən çox istehlak krediti verən KapitalBank-ın pullarının nə qədəri gecikir? - İLLİK GÖSTƏRİCİ

Ölkədə borc vermə səviyyəsinə görə banklar arasında TOP-3-də olan KapitalBank-ın vaxtıkeçmiş kreditlərinin həcmi kifayət qədər maraqlıdır. Bankın 1 milyard 666 milyon manatlıq biznes, 2 milyard 939 milyon manat istehlak kreditləri, 605 milyon manat daşınmaz əmlak kreditləri var.

ENA.az xəbər verir ki, KapitalBankın 31-60 gün ərzində gecikmiş kreditləri cəmi 29 milyon manat təşkil edir. Bu isə ümumi kredit portfelinin, yəni 5 milyard 211 milyon manatın cəmi 0,5%-ni təşkil edir.

İki ay gecikmə üzrə kreditlərin 6 milyon 917 min manatı biznesin, 20 milyon 230 min manatı istehlak, 1 milyon 942 min manatı isə ipoteka kreditlərinin payına düşür. 3 milyard manata yaxın istehlak kreditlərinin cəmi 0,6%-nin gecikmiş kreditlərə düşməsi, etiraf edək ki, çox əla göstəricidir.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)