Sosial iqtisadiyyat

Mask ABŞ-ın iflasa uğraya biləcəyi haqqında - XƏBƏRDARLIQ ETDİ

ABŞ milyarderi və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk, federal xərclərin azaldılmasının bir zərurət olduğunu və büdcə kəsiri ilə bağlı heç bir tədbir görülmədiyi təqdirdə ölkənin müflis olacağını bildirib.

Musk DOGE-nin Oval Ofisdəki fəaliyyəti ilə bağlı qiymətləndirmələr edib.

DOGE-nin məqsədinin demokratiyanı yenidən qurmaq olduğunu bildirən Musk, əgər xalqdan hökumətə yaxşı geribildirim hərəkatı olmasa və bürokratiya hakim olarsa, demokratiyanın heç bir mənası olmayacağını söyləyib.

“Əgər xalq səs verə bilmirsə və öz iradəsini Prezident, Senat və Nümayəndələr Palatası kimi seçdiyi nümayəndələr müəyyənləşdirə bilmirsə, deməli biz demokratiyada deyil, bürokratiyada yaşayırıq”, - Mask deyib. 

Bürokratiyanın ictimaiyyət qarşısında hesabat verməsi lazım olduğunu müdafiə edən Musk, büdcə kəsirinin aradan qaldırılması lazım olduğunu ifadə edib. Mask, büdcə kəsiri ilə bağlı heç bir iş görülməsə, ölkənin “iflas edəcəyini” bəyan edib.

Təkcə milli borcun faiz ödənişlərinin Müdafiə Nazirliyinin büdcəsini aşdığına diqqət çəkən Musk, "Müdafiə üçün çox pul xərcləyirik. Amma belə davam edərsə, ölkəni müflis edəcəyik" söyləyib.

"Federal xərclərin azaldılması bizim üçün istəyə bağlı deyil, zərurətdir", - Musk belə qiymətləndirmə aparıb.

"Əgər pul pis xərclənirsə, vergi ödəyicilərinin pulları ağıllı şəkildə xərclənmirsə, bu, düzgün deyil. Vergi dollarları insanlar üçün əhəmiyyətli olan şeylərə ağıllı şəkildə xərclənməlidir. Bu, sadəcə olaraq sağlam düşüncədir, qəddar və ya radikal deyil", - Mask deyib. 


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)