Gündəm

Tramp Putinlə bu ölkədə görüşəcək

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyi planlaşdırdığını bildirib. 

ENA.az bu barədə “CBS News”a istinadən xəbər verir.

“Biz Səudiyyə Ərəbistanında görüşəcəyik”, - o deyib.

Qeyd edək ki, daha əvvəl “Reuters” görüşün təşkilində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun iştirak etdiyini bildirmişdi.

Xatırladaq ki, Trampla Putin üç ildən sonra  telefonla danışıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)