Mikayıl Cabbarov: Neft-qaz sektorunun ÜDM-də payı 30.6%-ə enib
![](https://ena.az/uploads/news/2025-02/_ena_3f34cf133031636c0312aea39_o.jpg)
Aparılan islahatlar və “ağarma” tədbirlərinin nəticəsi olaraq 2018-illə müqayisədə neft hasilatının azalması fonunda (38.8 milyon tondan 29.1 tona ) qeyri-neft sektorunun artması hesabına ÜDM-də artım tempi davam edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, 2018-ci illə müqayisədə 2024-cü ildə neft-qaz sektorunun ÜDM-də payı 40.2%-dən 30.6%-ə enib.