Sosial iqtisadiyyat

“MilliKart”ın nizamnamə kapitalı 75% azaldılıb

Azərbaycanda prosessinq mərkəzi “MilliKart” MMC-nin nizamnamə kapitalı kəskin azaldılıb.

Məlumata görə, “MilliKart”ın kapitalı 4.512 milyon manat və ya 75.2 faiz azaldılaraq 1.488 milyon manata çatdırılıb.

Buna qədər prosessinq mərkəzinin 6 milyon manat nizamnamə kapitalı vardı. Azərbaycanda keçən ildən etibarən bu sahədə Azərbaycan Mərkəzi Bankının lisenziyası ilə bazarda fəaliyyət göstərir. “Azərikard” MMC keçən il lisenziya ala bilməyib.

Xatırladaq ki, “MilliKart”ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradıb, sonradan banklara satıb. Prosessinq mərkəzinin təsisçiləri fəaliyyətdə olan “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku” və “Xalq Bank” ASC-lər, “Access Bank” QSC, ləğv prosesində olan “AtaBank”, “Amrah Bank”, “Dəmir Bank”, “Kredo Bank”, “Texnika Bank” və “Zamin Bank” ASC-lər, “Bank Standard” QSC, eləcə də “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)