Azərbaycanın ən böyük sığorta şirkətində növbədənkənar iclas keçiriləcək
Toplanan sığorta haqlarına və sığorta ödənişlərinə görə Azərbaycanın ən böyük sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.
"ENA" xəbər verir ki, 13.01.2020-ci il tarixdə keçiriləcək iclasın gündəliyinə “PAŞA Həyat Sığorta”
Açıq Səhmdar Cəmiyyətinin büdcəsinin təsdiqi və bundan irəli gələn məsələlərin həlli məsələsi daxildir.
İclas şirkətin Bakı şəhəri, Mayakovski küçəsi 15 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir.