Azərbaycanda əhalinin nağd dollar alışı 20% azalıb
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 2 090 271,7 min dollar təşkil edib ki. Belə ki, illik müqayisədə satılan nağd dollar kütləsinin həcminin 515 254,7 min dollar və ya 19,8% azalması deməkdir.
Bu ilin oktyabr ayında ölkə əhalisi tərəfindən 252 325,9 min dollar alınıb ki, bu da sentyabr ayı ilə müqayisədə 51 525,5 min dollar və ya 2,1% çoxdur. Ötən ay əhali tərəfindən dollar alışı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 34 715,8 min dollar və ya 16% artıb.
Cari ilin yanvar-oktyabrda ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 530 828,5 min dollar təşkil edib ki, bu da illik müqayisədə 170 197,8 min dollar və ya 10% azdır.