Neft Fondunun direktorunun qardaşları: Nazir müşaviri, Baş prokurorun müavini və SOCAR... FOTO
Xəbər verdiyimiz kimi, bu günlərdə prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fonduna yeni icraçı direktor təyin edib.
Eləcə də bax: Dövlət Neft Fondunun yeni icraçı direktoru kimdir? - DOSYE
ENA.az Unikal.org-a istinadən məlumat verir ki, Məmmədovlar ailəsinin üzvlərinin yüksək vəzifələrdə çalışması heç də İsrafil Məmmədovla yekunlaşmır. Belə ki, İ. Məmmədovun qardaşlarından biri Ukraynanın Baş prokurorunun müavini olan Gündüz Məmmədovdur.
Kiçik qardaşları Elçin Məmmədov isə SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkətinin baş direktorudur.
Başqa bir qardaşı isə Maliyyə naziri Samir Şərifovun müşaviri vəzifəsində çalışan Adil Məmmədovdur.
Eləcə də bax: Ölkədəki bütün xəstəxanalar - BU ŞƏXSƏ TABE OLACAQ - TƏYİNAT