Sosial iqtisadiyyat

Dövlət Neft Fondunun yeni icraçı direktoru kimdir? - DOSYE

Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin edib.

Bu təyinatadək İsrafil Məmmədov Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsində çalışırdı.

Doğulduğu tarix

26 iyul 1973-cü ildə anadan olmuşdur.

Təhsili

1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi, İqtisadçı

 

Xarici dillər

İngilis, ərəb, rus

 

Ailə vəziyyəti

Evlidir, üç övladı var.

 

İş təcrübəsi

1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.

1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində çalışıb.

2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsində çalışıb.

2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.

23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department