Sosial iqtisadiyyat

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb

Bu il yanvarın 1-nə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin 429 səhmdarı olub.

ENA.az səhmdar cəmiyyətinin idarəetmə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3 vahid və yaxud 0,7 % azdır.

Hesabat dövründə müəssisənin əsas səhmdarı 96,0297 % payla "LOTOS-S" MMC qalıb, payçı fiziki şəxslərin sayı isə 431-dən 428-ə düşüb.

Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)