Mərkəzi Bank təklif edilən manatın 3,5 dəfə azını götürdü
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 350 mln. manat cəlb edib. BI xəbər verir ki, hərrac zamanı təklif 1 mlrd. 232,5 mln manat olub.
“Mərkəzi Bank noyabrın 12-də keçirdiyi hərracda 350 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 7,76% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.