Baku Electronics işçi axtarır - VAKANSIYA
Daxili audit üzrə mütəxəssis
Son tarix 15 avq 2026
Vəzifə tələbləri
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi olmalı
- MS Office proqramlarında işləməyi bacarmalı
- Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı
- Yaradıcı olmalı
- Operativ və düzgün qərar verməyi bacarmalı
- Problemləri həll etmə bacarığı olmalı
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət
- Xarici dil bilikləri üstünlükdür
Vəzifə öhdəlikləri
- Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığının, xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayılmasında iştirak edərək, ERP sistemindən alınmış hesabatlarla müqayisə aparmaq və nəticələri sənədləşdirmək;
- Sayım zamanı aşkarlanmış çatışmazlıqların səbəblərini müəyyən etmək məqsədi ilə ERP sistemi və müvafiq sənədlər üzrə araşdırma aparmaq;
- Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxış və qiymətləndirmə işlərini həyata keçirmək;
- Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə müəyyən edilmiş xüsusi meyarlara əsasən müşahidələr aparmaq, işçi heyətinə suallar vermək, nəticələri təhlil edib qiymətləndirmək və əldə olunan məlumatlar barədə rəhbərliyə hesabat vermək;
- Servis tərəfindən satışa yararsız hesab edilmiş malların məhv edilməsi prosesində işçi qrupunun tərkibində iştirak etmək və bu prosesin nəticələrinin aktlaşdırılmasında iştirak etmək;
- Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətini qiymətləndirmək məqsədi ilə monitorinqlər aparmaq və nəticələr barədə məlumat hazırlamaq;
- Audit nəticələrinin ümumiləşdirilməsi və ilkin audit hesabatının hazırlanması məqsədilə toplanmış məlumatları sistemləşdirmək və rəhbərliyə təqdim etmək.
Maraqlanan namizədlər qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.


















