Azərbaycan neftinin son qiyməti
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları və ya 0,36 % artaraq 86,83 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,22 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ABŞ-ın İrana hücumlarından sonra neft qiymətləri ardıcıl dörd gün yüksəlib.
Hörmüz boğazında təchizatda fasilələr yarana biləcəyi ilə bağlı narahatlıqların artmasından sonra baş verən artım Azərbaycan neftinin qiymətinə də təsir göstərib.


















