Sosial iqtisadiyyat

Kəmaləddin Heydərov sürüşmə yerinə niyə getmədi? - NAZİRLİKDƏN REAKSİYA

Noyabrın 24-də Bibiheybət qəsəbəsində baş verən torpaq sürüşməsindən dərhal sonra Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər səlahiyyətlilər ərazidə oldu, problemin aradan qaldırılması istiqamətində göstərişlər verdilər. Diqqətçəkən məqam isə ölkədə bu kimi fövqəladə hallarda həmişə ön sıralarda olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun gözə dəyməməsi oldu...
Kəmaləddin Heydərovun olay yerində görünməməsi sosial şəbəkələrdə bəzi müzakirələrə yol açıb.

ENA.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, həmin gün nazir müavinləri və digər rəhbər şəxslər hadisə yerində olublar.

G.Mehdiyeva nazirin hadisə yerinə gəlməməsi sualını cavabsız qoyub.


O eyni zamanda bildirib ki, nazirliyin mütəxəssisləri əraziyə baxış keçiriblər:


“Nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

 
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində Bibiheybət məscidi istiqamətindəki yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)