Mənfəət əldə edən bankların sayı artıb
Noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 27-si maliyyə göstəricilərini açıqlayıb. Onlardan üçü zərər, 24-ü isə mənfəətdə olduğunu göstərib.
Mənfəət əldə edənlərin sırasında yenə də “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “Paşa Bank” ilk üçlükdədir. Ən böyük zərər isə AccessBank-dadır.