Azərbaycanda bank filiallarının sayı artıb
2019-cu ilin 9 ayı ərzində Azərbaycanda bank filiallarının sayı 7 filial artıb.
“ENA” Maliyyə Bazarlarına Nəzarət Paltasının aylıq statistikasına istinadən xəbər verir ki, 30 sentyabr 2019-cu il tarixində, Azərbaycanda fəaliyyət göstərən 30 bank 515 filiala, 129 şöbəyə sahib olublar. Bu say müvafiq olaraq ötən ilin sonunda 508 və 130, Avqust ayının sonunda isə 514 və 129 idi.