Gündəm

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi İMZALADI

ABŞ-dan sərhəd mühafizəsi üzrə xüsusi qrup Ermənistana gedəcək.

Məlumata görə, bunu ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

O qeyd edib ki, xüsusi qrup birgə sərhəd təhlükəsizliyi istiqamətində iş aparacaq, təhlükəsizlik istiqamətində müvafiq işləri gücləndirəcək.

Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanması mərasimində bildirib ki, “Qartal tərəfdaşı” formatı çərçivəsində əməkdaşlıq da davam edəcək.

"Beləliklə, biz Ermənistan-ABŞ münasibətlərində mühüm təməl nailiyyəti qeyd edə bilirik, strateji tərəfdaşlıq komissiyası yaradırıq", - deyə o qeyd edib.

Blinkenin sözlərinə görə, komissiya bir sıra mühüm sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün çərçivə təqdim edir: müdafiə və təhlükəsizlik, iqtisadi, demokratiya və ədalət, inklüzivlik və şəxslərarası münasibətlər.

Blinken sərhəd mühafizəsi üzrə xüsusi qrupun nə işlər görəcəyini və hansı istiqamətdə yerləşdiriləcəyini açıqlamayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)