Qarabağ

Lavrov: Ermənistanla Azərbaycan arasında sülh sazişində qalan iki məsələni həll etmək lazımdır, ya hə, ya da yox

"Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik: Cənubi Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

"Bəyan edirlər ki, Aİ missiyası Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil.

Məhz buna görə də “3+3" Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır", deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışıb: "İndi belə görünür ki, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)