MALİYYƏ

Dünyanın aparıcı investorlarının yarıdan çoxunu gələn il iqtisadi tənəzzül gözləyir

Dünyanın aparıcı investorları 2020-ci ildə qlobal iqtisadi artımla bağlı vəziyyətdən narahatdır. 

ENA.az xəbər verir ki, bu qənaətə "Absolute Strategy Research" (ASR) araşdırma şirkəti gəlib. 

Şirkət ümumi aktivləri 4,1 trilyon ABŞ dolları olan 200 investor arasında sorğu keçirib. Sorğu iştirakçılarının 52%-i gələn il dünya iqtisadiyyatında tənəzzül gözlədiklərini açıqlayıb. Bununla belə, investorların çoxu mərkəzi bankların həyata keçirdiyi pul siyasətinə ümidvar olduğunu bildirib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)