Dadli 2020-ci ilin martında BP-dən gedəcək
Britaniyanın BP şirkətinin Baş icraçı direktoru Robert (Bob) Dadli 2020-ci il martın 31-də istefaya gedəcək, eyni zamanda şirkətin Direktorlar Şurasını tərk edəcək.
Bu barədə ENA.az BP-nin məlumatına istinadən xəbər verir.
Onu BP-nin hasilat üzrə icraçı direktoru Bernard Luni əvəz edəcək. Luni fevralın 5-də Direktorlar Şurasına daxil olacaq.
Dadli şirkətdə 9 il çalışıb.