Bank

Azərbaycan banklarının xarici öhdəlikləri yenidən artmağa başlayıb

Azərbaycan banklarının xarici öhdəlikləri bu il sentyarın 1-nə 1 521,6 milyon manat təşkil edib.

“Ena” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki Bu, avqustun 1-i ilə müqayisədə 3,4% çoxdur.

Bu, 2019-ci ilin yanvar ayından bəri xarici öhdəliklərdə ilk artımdır. Sözügedən göstərici ötən ilin sonuna nisbətən 16,8%, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 17,4% azalıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)