Bank sektoruna işçilərin sayı 1783 nəfər artıb
Bank sektorunun işçi heyətinin sayında artım avqust ayında da davam edib.
ENA.az xəbər verir ki, 2019-cu ilin avqust ayında işçi sayı 1.5% (277 nəfər) artaraq 18,711 nəfər təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə işçilərin sayı 16,928 nəfər olub. İllik müqayisədə bank işçilərinin sayı bu il 10,5 % yaxud 1,783 nəfər artıb.