Xaricilər 8 ayda Azərbaycanda bank kartları ilə 863 milyon xərcləyiblər
Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi deməkdir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı"nda bildirilir.
Məlumata görə, xaricilər bu ilin 8 ayında bank kartları ilə 862,9 milyon manatlıq əməliyyat aparıb. Bu rəqəm təkcə avqust ayında isə 137,4 milyon manat olub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 888 milyon manat təşkil etmişdi.