Elm və Texnologiya

“İnstagram”da - YENİ FUNKSİYA

“Facebook”un İnstagram üçün elan etdiyi yeni funksiya bütün istifadəçilər üçün əlçatan olub.

Dunyabulteni.net-ə istinadən xəbər verilir ki, yeni funksiya paylaşımların gələcək tarixə planlaşdırılmasıdır.

Uzun zamandır üzərində işlənilən bu funksiyanı istifadə etmək üçün hesabınız biznes profilinə keçirilməlidir. Bunun üçün İnstagram profilini “Facebook” hesabınızla sinxronlaşdıra bilərsiniz.

Hesanınızı biznes profilinə keçirdikdən sonra paylaşım edərkən “İndi paylaş” düyməsi ilə yanaşı “Planlaşdır” düyməsini də seçə bilərsiniz. Bununla da paylaşımınız sizin müəyyənləşdirdiyiniz sonrakı vaxtda yayımlanacaq. Maksimum müddəti isə 6 ay sonraya təyin etmək mümkündür.
Hələlik bu funksiya “Hekayələr” bölməsində aktiv deyil.

Qeyd edək ki, 1 milyarddan sonra profilin qeydiyyatdan keçdiyi İnstaqramda günlük 500 milyondan çox aktiv istifadəçi var.

 

©Baku.ws

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)