İnşaat və əmlak

Müsadirə olunan mənzillər hərraca çıxarıldı - QİYMƏTLƏR

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 27-də növbəti hərrac keçirəcək. 

"BI" xəbər verir ki, həmin gün kiçik müəssisə və obyektlər, qeyri-yaşayış sahələri ilə yanaşı dövlət nəfinə müsadirə edilən əmlaklar, o cümlədən 3 mənzil də satışa çıxarılacaq.  Onlardan 2-si Sumqayıtda, 1-i isə bakının Nəsimi rayonundadır. 

Mənzillərdən ən ucuzunun ilkin satış qiyməti 35 min 300 manatdır. Sumqayıt şəhəri,16-cı məhəllə, ev 41/6 ünvanındakı evi hərracda almaq üçün 3510 manat beh ödəmək tələb olunur.  

Şəhərdəki digər mənzil 5-ci mikrorayon ev 5/12 ünvanındır. Onun ilkin satış qiyməti 42 min 300 manatdır. 4230 manat  beh ödəməklə bu mənzilin hərracına qoşulmaq olar. 

Hərraca çıxarılan ən bahalı mənzil isə Nəsimi rayonundadır.     A.Məhərrəmov küçəsi 44A ünvanındakı ev 43 min 200 manata satılır. Onu almaq üçün  öncədən 4320 manat beh ödəməklə hərraca qatılmaq tələb olunur. 

Qeyd edək ki,elanda mənzillərin ölçüsü barədə məlumat verilmir.  Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər. Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10 %  həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. 

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department