Google və Facebook kimi böyük şirkətlər çökəcək - PROQNOZ
Ümumdünya internetin yaradıcısı olan Tim Berners-Lee Google və Facebook kimi böyük şirkətlərin çöküşünü proqnoz etdi. Bu barədə öz əminliyini o, Reuters saytı ilə olmuş müsahibəsində qeyd edib. Reuters jurnalistləri il söhbətində Tim Berners-Lee Google və Facebook kimi böyük şəbəkə şirkətlərinin yaxın gələcəkdə çöküşlərinin ehtimalını bildirib. Çöküşün səbəbi kimi o, vəsaitlər ilə hakimiyyətin bir böyük şirkətdə cəmlənməsini və həmin şirkətin bazardakı qaçılmaz monopoliyasını adlandırıb.
“Gec-tez bu, bazarda bir şirkətin monopoliyasına gətirib çıxardır. Nəticədə çöküşdən başqa bir alternativ variant yoxdur” – deyə Tim Berners-Lee bildirib. Bundan əlavə olaraq o, müasir texnologiyaların mütəmadi şəkildə təkmilləşməsi və inkişafı məsələsinə də toxunub. Bu baxımdan məsələn Google ilə Facebook şirkətlərinin çöküşlərinə istifadəçilərin digər internet platformaları və servislərə üstünlük vermələri gətirib çıxara bilər.