Elm və Texnologiya

"Aztelekom"un mənfəəti 2 dəfə azalıb

"Aztelekom" MMC 2017-ci ildə 5 milyon 647 min manat xalis mənfəət qazanıb. Bu, əvvəlki ilə nisbətən iki dəfə azdır. Bu barədə qısaldılmış maliyyə hesabatında qeyd edilir.

Ötən il telekommunikasiya şirkəti 8 milyon 756 min manat balans mənfəəti qazanıb və 3,1 milyon manat mənfəət vergisi ödəyib. Eyni zamanda, bu verginin həcmi 2016-cı ildəki mənfəət vergisindən (964 min manat) üç dəfə çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)