Azərbaycanda 5 bankın aktivləri 1 milyard manatdan çoxdur
Bu il iyulun 1-nə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çox olub.
ENA.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 487,726 milyon manat), "PAŞA Bank" (4 430,357 milyon manat), "Kapital Bank" (3 663,211 milyon manat), "Xalq Bank" (2 135,273 milyon manat) və "Bank Respublika"dır (1 215,808 milyon manat).
Qalan 25 bankdan 8-də aktivləri 500 milyon manatdan 1 milyard manata qədər, 15 bankda 100-500 milyon manat arasında, 2 bankda - İran və Pakistan Milli Banklarının Bakı filiallarında isə 100 milyon manatdan azdır.