Sığorta Şirkəti nizamnamə kapitalını artırır
“Standard Insurance” Sığorta Şirkəti ASC nizamnamə kapitalını 1,6 milyon manat və yaxud 14,55% artıraraq 11 milyon manatdan 12,6 milyon manata çatdıracaq.
Bu barədə sığortaçının daxil olduğu (həm də 100% səhmdarı) “AB Standard” QSC-dən bildirilib.
Məlumatda deyilir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 16 min ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızları holdinq özü əldə edəcək. Yəni, kənar investorun cəlb edilməsi nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb.