Sosial iqtisadiyyat

Kəskin hava şəraiti ilə əlaqədar qatarların sürətinə məhdudiyyət qoyuldu

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

ENA.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulmasıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department