London Fond Birjası xəbər resursunu 27 milyard dollara aldı
London Fond Birjası (LSE) şirkətlər, banklar və investorları xəbərlər, məlumatlar və analitik informasiyalarla təmin edən “Refinitiv”i 27 milyard dollara alıb.
LSE xəbər verir ki, London Fond Birjası “Refinitiv”i borcları da daxil olmaqla 22 milyard funt sterlinqə (27 milyard dollara) alıb.
“Bu, satınalma London Fond Birjasının strateji əhəmiyyəti üçün dönüş nöqtəsidir”, - deyə LSE-nin rəhbəri Don Robert bildirib.
Xatırladaq ki, “Blackstone Group” keçən il “Thomson Reuters”in maliyyə və risk bölməsini (55 faizlik payı) 20 milyard dollara almış və adını “Refinitiv” olaraq dəyişmişdi.