Beynəlxalq Bankda yüksək vəzifəyə - YENİ TƏYİNAT
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
ENA.az xəbər verir ki, Taleh Tahirli “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) İdarə Heyəti sədrinin müavini, Baş Transformasiya inzibatçısı təyin edilib.
- Eləcə də bax: Beynəlxalq Bankını səhmdarlarının sayı azalıb
Taleh Tahirlinin rəhbərliyə gətirilməsi ilə ABB-də İdarə Heyəti sədri müavinlərinin sayı 5-ə çatıb.
Məlumat üçün qeyd edək ki,Taleh Tahirli Bakı Mühəndislik Universitetini bitirdikdən sonra ali təhsilini İsveçdə universitetdə və biznes məktəbində davam etdirib. Təhsil aldığı dövrdə tanınmış şirkətlərin layihələrində çalışıb. 5 il İsveç həyatından sonra vətənə geri dönüb. Azərbaycanda iş həyatına “Unibank”da başlayıb. Bu bankda işlədiyi 11 il ərzində İdarə Heyətinin üzvü, Pərakəndə xidmətlər və Marketinq üzrə baş direktor vəzifəsinədək yüksəlmişdi. O, 2018-ci May ayında öz ideasını reallaşdırmaq üçün bankda karyerasını dayandıraraq sahibkarlıq fəaliyyətinə başlamışdı.