Beynəlxalq Bankını səhmdarlarının sayı azalıb
Bu il yanvarın 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarı olan fiziki şəxslərin sayı 1 734 nəfər olub.
“ENA” bu barədə Bankın idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11 nəfər azdır.
2018-ci ildə ABB-nin səhmdarı olan hüquqi şəxslərin sayı isə 2 vahid artaraq 14- çatıb. Beləliklə, Bankın fiziki və hüquqi şəxs olmaqla səhmdarlarının ümumi sayı 1 757-dən 1 748-ə düşüb.