Sosial iqtisadiyyat

“Megafon” Azərbaycandan belə üzr istədi - VİDEO

Rusiyanın mobil operatoru "Megafon" Azərbaycandan üzr istəyib.

"ENA" xəbər verir ki, bu barədə sözügedən şirkətin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçuk bildirib.

"Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bununla bağlı yanlışlığa yol vermişik. Bu səbəbdən üzr istəyirik", - deyə Yuri Mixalçuk qeyd edib.

Qeyd edək ki, "Megafon" öz saytında "Dağlıq Qarabağ"ı müstəqil dövlət kimi göstərərək, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif etdiyini açıqlamışdı.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department