Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayı təqdim olunub
"BI" məlumatına görə, İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub.
Bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub