BİZNES

Turbo.az, Bina.az, Tap.az və Boss.az-ın idarəçisinin Azərbaycandakı filialı ləğv olunur

“Digital Classifieds” OÜ şirkətinin Azərbaycandakı filialı ləğv olunur — Kreditorlara müraciət edilib

ENA.az xəbər verir ki, Azərbaycanın rəqəmsal elanlar bazarında ən böyük platformaları idarə edən Estoniya qeydiyyatlı “Digital Classifieds” OÜ şirkətinin Azərbaycandakı rəsmi filialı ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəsil Rza küçəsi, mənzil 75 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Digital Classifieds” OÜ şirkəti ölkədə Turbo.az, Bina.az, Tap.az və Boss.az kimi irihəcmli rəqəmsal platformaların idarəedilməsi ilə tanınır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)