Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu keçirilir
Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu keçirilir.
ENA.az xəbər verir ki, tədbirin məqsədi iki ölkə arasında ticarət əməkdaşlığını genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətini dəstəkləməkdir.
Forumda hər iki ölkənin iqtisadiyyat nazirlərinin çıxışı, B2B görüşlər və Azərbaycan Turizm Bürosu ilə Slovakiyanın milli turizm təşkilatı “Slovakia Travel” arasında əməkdaşlıq haqqında memorandum imzalanması gözlənilir.


















