Bank

“Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer - YENİ TƏYİNAT

“Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer olub.

ENA.az xəbər verir ki, “Kapital Bank”ın idarə heyəti sədrinin müşaviri İqbal Rüstəmov “AFB Bank”a əməlliyyat işləri üzrə sahə rəhbəri təyin edilib.

Eləcə də bax: "Express Bank"ın Müşahidə Şurasının sədri istefa verib - YENİ TƏYİNAT


O artıq iyul ayının əvvəlindən etibarən yeni vəzifəsinin icrasına  başlayıb. Məlumata görə, sözügedən vəzifə “AFB Bank”da idarə heyətinin sədr müavini vəzifəsinə bərabər hesab edilir.

Qeyd edək ki, İqbal Rüstəmov bu ilin aprel ayında “Kapital Bank”ın idarə heyəti sədrinin müşaviri təyin edilmişdi. Bundan əvvəl isə Bank Məhsulları departamentinin direktoru vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)