Sosial iqtisadiyyat

Vergilər Nazirliyi reklam xərclərinə 864 minə yaxın pul yazıb: Kimə ödəniləcək?

Vergilər Nazirliyi reklam xidmətləri göstərən iki şirkətə 863 min 584,18 manat ödəyəcək.  

Vergilər Nazirliyi “Maxmedia” şirkəti ilə qrafik, video və qrafik video çarxların, video təlimatların və reportajların hazırlanması, reklamların internetdə (sosial şəbəkələrdə) yerləşdirilməsi, dizayn, dizayna düzəlişlərin edilməsi və fərdiləşdirmə işlərinin satın alınması haqqında 534 min 983,68 manat dəyərində müqavilə bağlayıb.

Bundan başqa, nazirlik "Innova” şirkəti ilə açıq məkanda reklam yerləşdirilməsi xidmətinin satın alınması haqqında 328 min 600,5 manat dəyərində müqavilə bağlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)