Bankda işləyənlərin sayı artır
Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 2019-cu ilin may ayında işçi sayı 1.2% və ya 209 nəfər artaraq 18 min 191 nəfər təşkil edib.
Ötən ilin sonunda bank sektorunun işçi heyətinin sayı 17 min 452 nəfər təşkil etmişdi. Bu ilin 5 ayı ərzində bank sektorunun işçi heyətinin sayı 739 nəfər artıb.