Bakıda torpağın qiyməti ucuzlaşır
2018-ci ilin sentyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.
"Bİ" xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, bir sot torpağın qiyməti 3,7 faiz artıb və orta hesabla bir sotun qiyməti 22 258 manatdan azalaraq 21 434 manat olub.
Ekspert bildirib ki, torpaq bazarında ucuzlaşma mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.