Elm və Texnologiya

"Apple" "iTunes"dan imtina edir

ABŞ-ın “Apple” şirkəti “iTunes”dan tamamilə imtina etməyə hazırdır.

Bu barədə “Bloomberg”ə istinadən xəbər verilir.

Mediapleyer üç ayrı tədbiqlə - “Music”, TV və “Podcasts” ilə əvəz olunacaq. Agentliyin məlumatına əsasən, şirkətin rəhbəri Tim Kuk dəyişikliklər haqqında iyunun 3-də tərtibatçıların WWDC 2019 konfransında elan edəcək. Yenilənmənin “Mac” üçün yeni əməliyyat sisteminin – “macOS 10.15.”  təqdimatı ilə eyni zamanda gedəcəyi gözlənilir. 

“Apple”-in “iTunes ”-dan vaz keçmək istədiyi hələ 2017-ci ildə məlum olmuşdu. Qərarın “Apple” mağazalarında musiqi kompozisiyalarının satışının düşməyi fonunda,  “Spotify”, “Apple Music” və digər striminq servislərinin populyarlığının artması ilə əlaqədar olduğu bildirilirdi.

Qeyd edək ki, “iTunes” mediapleyeri “Apple” şirkəti tərəfindən 2001-ci ildə hazırlanmışdı. O, “iPod”, “iPhone”, “iPad” və “Apple TV”-nin bütün mövcud modellərində çalışır.a

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)